Türkiyənin müdafiə naziri Azərbaycana gələcək

15:10 - 28 Oktyabr 2017 - Xəbər

Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli Azərbaycana gələcək. Bu barədə Trend-ə Türkiyə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, N.Canikli oktyabrın 31-də Bakıda keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısında iştirak edəcək. Qeyd edək ki, Şuranın 5-ci toplantısı Bakıda ötən ilin martın 15-də keçirilib.

Xəbər xətti