İki rayonun su təhcizatında məhdudiyyətlər olacaq

17:07 - 27 Oktyabr 2017 - Xəbər

Magistral xətlərdə təmir-bərpa işləri ilə əlaqədar 27 oktyabrda gün ərzində Səbail rayonunun bir hissəsinə və Yasamal rayonunun Yeni Yasamal yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Trend-ə “Azərsu” ASC-dən məlumat verilib. Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Xəbər xətti