Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Tədbirdən öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Biləsuvar şəhərinin mərkəzindəki abidəsi ziyarət olunub. Abidənin önünə tər çiçəklər düzülüb, Ulu öndərin xatirəsi ehtiramla yad edilib.
Sonra konfrans işini Heyder Elıyev Mərkəzində davam etdirib. Rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov “2016-2017-ci tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda geniş məruzə ilə çıxış edib.Rayon Təhsil Şöbəsinin müdiri ali məktəblərə builki qəbul imtahanlarının nəticələrinin rayonun məzunları üçün uğurlu olduğunu vurğulayıb.
Məruzə ətrafında çıxışlar olub. Çıxış edənlər qazanılan uğurlara, təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.
Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.