İsrailin Azərbaycandakı səfiri Aleksandr Lapşinin prezident İlham Əliyev tərəfindən əfv olunması məsələsinə münasibət bildirib. Bu barədə APA-ya açıqlama verən səfir Dan Stav bildirib ki, o, əfv qərarını müsbət qarşılayır. Səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd edib: “Əvvələr də qeyd etdiyimiz kimi, İsrail Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini və Minsk qrupunun səylərini dəstəkləyir”.