Mehman Əliyev təşəkkür etdi - AÇIQLAMA

13:44 - 11 Sentyabr 2017 - Xəbər

"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev həbsdən buraxılıb. Modern.az xəbər verir ki, Mehman Əliyev azadlığa çıxandan sonra mətbuata açıqlamasında ilk növbədə ona dəstək verdiyinə görə, Azərbaycan ictimaiyyətinə təşəkkür edib.  O, deyib ki. “Turan” Agentliyinə qarşı açılan cinayət işinin sübuta yetməyəcəyinə inandığını vurğulayıb. O, təcridxana normal münasibət gördüyünü bildirib. M.Əliyev ölkə başçısına müraciət etdiyini, orada özünün jurnalist fəaliyyəti, “Turan”ın işi, açılan cinayət işi barədə məlumat verdiyini xatırladıb. “Turan”ın bundan sonrakı işinə gəlincə, o, “bizim vəsaitimiz yoxdur, bank hesablarımız bağlanıb, “Turan”ın bundan sonra necə fəaliyyət göstərəcəyi bilinmir” deyib. O, həbsdən buraxalandan sonra birbaşa öz evinə gedib. 

Xəbər xətti