Sabahdan Milli Məclisin komitə iclasları başlayır

11:53 - 11 Sentyabr 2017 - Xəbər

Sentyabrın 12-dən Azərbaycan Milli Məclisinin payız sessiyasının komitə iclasları başlayır. Bu barədə Ucnoqta.az-a Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, sentyabrın 12-də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçiriləcək. İclasda “Müdafiə haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarına dəyişiklik layihələri müzakirə ediləcək.

Payız sessiyasının ilk plenar iclasının isə sentyabrın sonunda keçiriləcəyi gözlənilir.

Xəbər xətti