Türkiyə Qara dənizdə ada yaradır

09:59 - 11 Sentyabr 2017 - Xəbər

Türkiyə Qara dənizdə, Trabzon vilayəti sahillərində ada inşa edəcək. Trend-in məlumatına görə, bunu Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü deyib. O qeyd edib ki, dənizdə tikilməsi planlaşdırılan körpü iri sənaye üçün nəzərdə tutulub: "Türkiyə ölkənin müxtəlif vilayətlərində daha 5 sənaye şəhərciyinin tikintisində maraqlıdır". Nazir bildirib ki, sənaye şəhərciklərinin tikintisindən sonra 200-250 milyard dollarlıq illik gəlir əldə olunacağı gözlənilir: "Sənaye şəhərlərinin inşası Türkiyə iqtisadiyyatının artımına, həmçinin xaricdən idxalı azaltmağa imkan verəcək".

Xəbər xətti