Parisdə yerləşən mənzilini "Airbnb" vasitəsilə kanadalı turistə kirayəyə verən ev sahibi, 3 həftədən sonra qarşılaşdığı mənzərədən dəhşətə gəlib. Ev sahibinin sosial şəbəkələrdə paylaşdığı şəkillər mənzildə mebellərin qırıldığını, hər yerdə boş şüşələrin olduğunu, döşəkağının çirkləndiyini göstərir. Ev sahibi mənzilinə dəymiş 10 min funt dəyərində ziyanın kompensasiya olunmasını tələb edir. (oxu.az)