Prezident Əfranla zarafatlaşdı: Topu arxada çox saxlama – FOTO

09:34 - 30 Avqust 2017 - Xəbər

Prezident İlham Əliyevin “Qarabağ” klubunun heyəti ilə görüşünün qeyri-rəsmi hissəsində ölkə başçısının futbolçu heyəti ilə səmimi dialoqu olub.

Ucnoqta.az Teleqraf.com-a istinadən xəbər verir ki, İlham Əliyev son vaxtlar tənqidlərə məruz qalan Əfran İsmayılovla zarafatlaşıb. Prezident İlham Əliyevin yarımmüdafiəçiyə “səni izləyirəm, yaxşı “driblinq”lərin və sürətin var” deyib.

Ölkə başçısının “topu cərimə meydançasının yanında və arxada çox saxlama” deməsi isə komandanın gülüşünə səbəb olub. Həmin səmimi dialoqun fotosunu təqdim edirik.

Qeyd edək ki, “Qarabağ” klubu Azərbaycan futbolu tarixində ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Xəbər xətti