Sabah Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Kopenhagen”in qonağı olacaq. Qol.az-ın klubun Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Kopenhagendə komandanın oyunöncəsi məşqini izləyən Qarabağın qurucularından, Ağdamda batalyon komandiri olmuş Hacıəkbər Rüstəmovla görüşüb. Tərəflər görüş zamanı “Qarabağ” haqda danışıblar.