Tovuzda gömrük əməkdaşları qəzaya düşdü: ölən və yaralanan var - FOTO

10:23 - 21 Avqust 2017 - HADİSƏ

Bakı-Qazax magistral avtomobil yolunun 435–ci km-də Tovuz rayonu ərazisində “Mercedes” markalı minik avtomobili ilə “MAN” markalı yük avtomobilinin toquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az-ın "Report"a istinadən məlumatına görə, hadisə zamanı “Mercedes” markalı minik avtomobilinin sürücüsü, 1958-ci il təvəllüdlü Kərimov Rafiq Baratəli oğlu vəfat edib. Həmin maşında olan sərnişin - Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Romanova Oksana Andrey qızı yaralı halda Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, “Mercedes” markalı avtomobildə olanlar Dövlət Gömrük Komitəsinin əməkdşaları olub. Faktla bağlı araşdırmalara başlanılıb.


Xəbər xətti