Ötən gün Bakının Heydər Əliyev prospektində dəhşətli qəzanın baş verdiyini xəbər vermişdik. Ucnoqta.az yenicag.az-a istinadən xəbər verir ki, Baş Nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus 10-PP-203 dövlət nömrə nişanlı “Gelandewagen” markalı maşın 3 piyadanı vurub, daha sonra isə idarəetməni itirərək, işıq dirəyinə çırpılıb. Piyadalardan ikisi Türkiyə vətəndaşları Mutallib Tekiş və Songül Tekişdir. Xəstəxanaya yerləşdirilən hər iki şəxsin vəziyyəti ağırdır. Əldə etdiyimiz məlumata görə, Songül Tekiş hazırda “Medical Plaza”da əməliyyat olunur. Xəstəxanalıq olan Türkiyə vətəndaşlarının fotolarını təqdim edirik: