Təhlükəsizlik kəmərini niyə taxmalıyıq? - DƏHŞƏTLİ FAKT

11:09 - 4 Avqust 2017 - HADİSƏ

25 yaşlı qadının kəllə sümüyü və üzünün halını gördükdən sonra təhlükəsizlik kəməri istifadə etməyin əhəmiyyətini bir daha başa düşəcəksiniz.

Ucnoqta.az publika.az-a istinadən xəbər verir ki, Amerikada 25 yaşlı qadın təhlükəsizlik kəməri taxmadan avtomobil istifadə edərkən ciddi qəza keçirib. Qəza zamanı avtomobildən çıxan qadın sağ qalıb, lakin kəllə sümüyündə və üzündə böyük zədələr maydana gəlib.

Adı bildirilməyən qadının kəllə sümüyü bir neçə yerdən sınıb, çənəsi isə anormal hala düşüb. Qırıq sümük parçaları ətrafa dağılıb. Gözlərində də ciddi zədələr əmələ gəlib, ən dəhşətlisi isə sol gözünün burun boşluğuna sürüşməsi olub. “Daily Mail”in verdiyi xəbərə görə, gənc qadının beyni ağır travma alıb. Saatlarla davam edən əməliyyatla zədələrin bir qismi düzəldilib, ancaq üzünün emar görüntüləri həqiqətən də şokedicidir.


Xəbər xətti