22 yaşlı banqladeşli model Risila Binte həyat yoldaşı ilə görüntülü danışa-danışa özünü asaraq intihar edib. Oxu.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisədən sonra xəstəxanaya çatdırılan modelin öldüyü müəyyən olunub. Polis intihar səbəbinin ailədaxili problemlərdən qaynaqlandığı ehtimal edir. Gənc modelin intihar etdiyi vaxt üç yaşındakı qızı babasının evində olub. Modelin dəqiq ölüm səbəbini tapmaq üçün istintaq başladılıb.