Dünyanın ən seksual qadınlarından biri hesab edilən Ceniffer Lopez görüntüsü ilə yenidən nəfəsləri kəsib. Ucnoqta.az İstiPress-ə istinadən xəbər verir ki, ən məşhur bədən nayihəsini sığorta etdirən ifaçı ötən gün ad günün qeyd edib.
48 yaşlı Lopez ad günü partisinə şəffaf qara donu ilə qatılıb. Önü şəffaf, arxası isə tamamilə açıq geyimi ilə gecəyə damğa vurub. Bununla da iki uşaq anası olan müğənni gənclərə belə meydan oxuyub.
"Yaşlanmayan qadın" ləqəbi alan Lopez ad gününə yeni sevgilisi ilə gəlib. İfaçı ad günündən olan fotoları "İnstagram" da payalaşıb. Fotoların bəyənmə sayı isə rekord həddə- milyondan çox olub.