8 yaşlı oğlanı zorlayan manyak həbs edildi – TƏFƏRRÜAT

14:48 - 24 İyul 2017 - HADİSƏ

Azərbaycanda 8 yaşlı oğlan 35-40 yaşlarında bir şəxs tərəfindən zorlanıb. Hadisə 21 iyul axşam saat 20:00 radələrində baş verib.

Dövlət Gömrük Komitəsinin kapitanı Tahir Tahiri (mərhum xalq şairi Söhrab Tahirin oğlu) təsadüfən hadisənin şahidi olub və o cinayətkarın tutulmasında böyük fədakarlıq göstərib.

T.Tahiri idarə etdiyi maşının texniki problemi ilə əlaqədar Xətai rayonu, Mehmandarov küçəsi- 26-28 ünvanında yerləşən avtoservisə gəlir. Maşının problemi bir az uzandığından ərazidə gəzişməyə başlayır. Bu zaman "qluxoy” yer kimi tanınan avtoservisin arxası, eyni zamanda qəbirstanlıq olan yerdən keçərkən görür ki, 35-40 yaşlı kişi 8 yaşında oğlanı bütün çapalarına baxmayaraq, zorlayır.

T.Tahirin gördüyüyü mənzərədən şoka düşdüyünü deyir: "Əvvəl nə edəcəyimi bilmədim. Tez özümə gəlib, əlimi telefona atdım. Cəld hadisəni telefona çəkmək istədim ki, həmin alçağı tutmaq asan olsun. O, məni görüb qaçmağa üz tutdu. Mən onun arxasınca hardasa 2 km qədər qaçdım. Ancaq tuta bilmədim. Yenidən avtoservisə qayıtdım. 102 xidmətinə məlumat vermək istəyirdim ki, yaxınlıqdan keçən Çevik Polis Alayının maşınını gördüm. Onları saxlayıb hadisəni danışdım. Maşında olan Çevik Polis Alayının baş leytenantı İlqar Sadıqov və çavuş Hafiz Məmmədov xəbərdən dəhşətə gəldilər. Onlar da hadisə yerinə gəlib, ərazini xeyli ələk-vələk elədilər. Lakin o vicdansızı tapmaq mümkün olmadı. Çevik Polis Alayının bu polisləri hadisə barədə ərazi üzrə Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə xəbər verdilər. Birgə əməliyyat qrupu yaradıldı. Mən də onlarla birlikdə axtarışda olduq. Uşağın anası da bölməyə dəvət olundu və ana eşitdiyi hadisədən sarsıldı. Səhəri günü Çevik Polis Alayının baş leytenantı İ.Sadıqov və çavuş Hafiz Məmmədov, həmçinin hadisənin şahidi kimi mən də həmin ərazidə olan bütün obyektləri, mağazaları, tikinti gedən yerləri gəzdik. Uşağı zorlayan şəxsi yeni inşa edilən binanın 8-ci mərtəbəsində tapdıq. Polislər onu həbs etdilər".

Rauf adlı bu çəxsin əvvəllər Cinayyət Məcəlləsinin 221-ci maddəsi ilə məhkum olunduğu məlum olub.

Fakt üzrə cinayət işi başlanıb, istintaq gedir.

 
 

Xəbər xətti