Bakı Nəqliyyat Agentliyinin (BNA) pasportlaşdırdığı 79 taksi duracaqlarının müəyyən edilmiş standartlara uyğunlaşdırılmasına başlanılıb. BNA-dan verilən mıəlumata görə, hazırda davam etməkdə olan bu proses çərçivəsində artıq paytaxtın müxtəlif küçə və prospektlərində yerləşən 11 taksi duracağında yeni və beynəlxalq standartlara uyğun dizaynda xətlənmə və nişanlanma işləri aparılır.
"Taksidən istifadə edən sərnişinlərin təhlükəsizliyi məqsədi ilə duracağın ətrafında dəmir məhəccərlər qoyulub. Duracaqdan fiziki imkanları məhdud şəxslərin, eləcə də uşaq arabası ilə olan sərnişinlərin də rahat istifadə edə bilməsi üçün panduslar da quraşdırılıb", - deyə məlumatda qeyd edilib.