Jan-Klod Yunker sammitə sərxoş vəziyyətdə qatılıb - VİDEO

16:37 - 5 May 2017 - Xəbər

Avropa Komissiyasının sədri Jan-Klod Yunker Cenevrədə keçirilən sammitə sərxoş vəziyyətdə qatılıb. Bu barədə The Sun nəşri öz mənbəsinə istinadən məlumat yayıb.  Sammit Kipr probleminin nizama salınmasına həsr olunmuşdu. Nəşr yazır ki, siyasətçi tez-tez insanlara və mebellərə “ilişirdi”. Bundan başqa, Yunker köməkçiləri ilə çox səmimi ünsiyyət saxlayırdı.  Qeyd edək ki, Avrokomissiyanın sədri ilk dəfə deyil ki, spirtli içkinin təsiri altında ciddi tədbirlərə qatılır. İki il əvvəl tədbirlərdən birindən çəkilən görüntülərdə siyasətçinin yüksək əhval-ruhiyyədə olması və həmkarlarını öpməsi böyük səs-küyə səbəb olmuşdu.

(“qafqazinfo”)  

Xəbər xətti