92 yaşlı nənə gənc gimnastlara meydan oxudu - VİDEO

15:41 - 5 May 2017 - MARAQLI

Sinqapurda təşkil edilən bir tədbirdə çıxış edən Coanna Qvaas yaşına rəğmən gənclərə meydan oxuyub. 92 yaşlı Coanna gənclərin də çətinliklə öhdəsindən gəldiyi gimnastik hərəkətləri çox asanlıqla yerinə yetirib. 3 yaşından gimnastika ilə məşğul olan Qvaas bir çox yarışda birinci yer tutub. Bu günə qədər 11 medal qazanan Coanna 86 yaşında "Ginnesin Rekordlar Kitabı"-na daxil edilib. 92 yaşlı nənə gimnastika ilə yanaşı velosiped sürməklə də məşğul olur. 

 

Xəbər xətti