Keçən həftə 10 aylıq həbs cəzasını çəkmək üçün yüz lüks avtomobillik konvoyla Türkiyənin Maltepe həbsxanasına gedərək medianın ən çox danışdığı adama çevrilən "Çərkəz Cengiz" ləqəbli Çengiz Şıklaroğlunun həbsxanaya girmədiyi ortaya çıxıb. "Kriminal avtoritet"in daha bir ilginc hərəkətinin üstü açılıb. Cengiz Şıklaroğlunun sosial şəbəkələrdə onun haqqında mənfi şərh yazanları taparaq zorla videolarını çəkdirdiyi məlum olub. Xatırladaq ki, Cengiz İstanbulun Ataşehir ərazisindəki evində dünən səhər saatlarında saxlanılıb. Evində sənədsiz silahlar aşkar edilərək götürülüb. (milli.az)