Ötən gün Bakıda əsən güclü külək reklam lövhəsini aşırıb. Ucnoqta.az baku.ws-ə istinadən xəbər verir ki, həmin anlar kameraya düşüb.
Maraqlısı ondadır ki, hadisə baş verməzdən bir neçə saniyə öncə həmin yerdə iki nəfər dayanır. Görüntülərdən də aydın olduğu kimi reklam lövhəsi aşana kimi piyadalar yolu keçməyə müvəffəq olur.
Bir neçə saniyə ərzində baş verən hadisədə iki sakinin son anda ölümdən necə yaxa qurtardığını görmək mümkündür.
Həmin görüntünü təqdim edirik: