Meyxanaçı Namiq Qaraçuxurlu “Soyuqdur” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib. Ucnoqta.az lent.az-a istinadən xəbər verir ki, bəstənin sözləri və musiqisi ifaçının özünə məxsusdur. Klipin bir hissəsi Almaniyada, yarısı isə Azərbaycanda - Tufandağda çəkilib. Ekran işinin rejissorluğu Natiq Zeynalova həvalə edilib. Almaniyadakı kadrların rejissorluğu Luigi Cassaroya həvalə olunub.
Klipdə rusiyalı tanınmış Taşa Turova rol alıb.