Show TV-nin bu mövsüm başlayan iddialı seriallarından olan "Cesur Yürek" erkən final edir. Ucnoqta.az-ın axşam.az-a istinadən məlumatına görə, reytinqlərdə gözlənilən nəticəni əldə edə bilməyən ekran işi 21-ci seriyada bitəcək.
Kudret Sabancının prodüserliyi ilə hazırlanan layihə bir müddət əvvəl Türkiyənin ali televiziya qurumu olan RTÜK tərəfindən bəzi səhnələrə görə 711 min lirə mələğində cərimələnmişdi.
Qeyd edək ki, azərbaycanlı model Günay Musayeva da serialın bir neçə seriyasında yer almışdı.