Müğənni Leyla Ramazanlı ilin ilk mahnısını izləyicilərinə təqdim edib. Belə ki, müğənni üzərində çalışdığı “Çox özəl” mahnısını artıq “YouTube” kanalına yerləşdirib. İfaçı yeni mahnısı ilə bərabər yeni fotosesiyasını da sizlərə təqdim edir. Şəkillər “Kamran Aydınov Studiya”sına məxsusdur.
Müğənni “ucnoqta.az” saytına açıqlamasında bu mahnının onun könlünə yatdığını da qeyd etməyi unutmadı: “Bəstəkar Pərviz Mahmudov mahnını mənə göstərəndə onu dinlədim və çox bəyəndim. Əgər ilk dinləmədən mahnı mənim ürəyimə yatırsa hər zaman onun uğur gətirəcəyinin şahidi oluram. Bu mahnı ürəyim yatdığı üçün elə ilk dinləmədən oxumaq istədim. Mahnı ürəyimcədir. Ümid edirəm ki, bu mahnı da digər mahnılarım kimi seviləcək”.
Qeyd edək ki, mahnının musiqisi Perviz Mahmudova sözləri Leyliyə, aranjemanı isə Hakan Erola məxsusdur.