İstanbulda anası tərəfindən avtobusa mindirilən 6 yaşlı qız avtomobilin hərəkət etdiyini görüncə özünü avtobusun açıq qalan qapısından atıb. Ucnoqta.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, anasının avtobusa minmədiyini görən kiçikyaşlı qızın avtobusdan yerə yıxılması kameralara düşüb. Yıxılarkən xəsarət almayan uşağın ayağı avtobusun təkəri altında qalıb. Ətrafdakı insanların köməyi ilə xəstəxanaya çatdırılan qızın vəziyyətinin yaxşı olduğu bildirilir.
Küçük çocuk İETT otobüsünün altında kalmaktan son anda kurtuldu