Rusiyada azərbaycanlı gizirin mayoru güllələdiyi kadrlar - VİDEO

13:49 - 15 Noyabr 2016 - Xəbər

Rusiyanın Komi respublikasında azərbaycanlılar arasında qətllə nəticələnən cinayətin videogörüntüləri bu gün üzə çıxıb.Modern.az xəbər verir ki, kadrlarda Komi respublikasının Mikuni şəhərində yerləşən 31 nömrəli cəza çəkmə müəssisəsində xidmət edən 35 yaşlı baş gizir Şamil Əliyev həmin müəssisədə mayor rütbəsi daşıyan 36 yaşlı mayor Xaqani Həsənovu güllələdiyi anlar yer alıb.
Həsənovu güllələdikdən sonra isə baş gizir özü də intihara təşəbbüs göstərib. Onların hər ikisi ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, Xaqani Həsənovun həyatını xilas etmək mümkün olmur.

Xəbər xətti