"Bir sən varsan, bir də mən” - Çinarədən yeni mahnı- AUDİO

15:54 - 8 Noyabr 2016 - MAQAZİN

Gənc müğənni, son zamanlar sosial şəbəkələrdəki çıxışı ilə tanınan Çinarə Məlikzadə yeni mahnısını təqdim edib. "Bir sən varsan, bir də mən” adlı mahnının bəstəkarı Sevinc Tofiqqızı, sözlərinin müəllifi isə Aygün Məmmədovadır.
Sevinc Tofiqqızı bəstə haqda bunları deyib:
"Çinarənin ifasını çox bəyənirdim və bu mahnıya müraciət etməsi məni sevindirdi. Bu, Çinarənin ilk mahnısıdır və ümid edirəm ki, bizim işlərimiz davamlı olacaq”.
Bəstəkar mahnının uğurlu olacağını və yaxın zamanlarda klip çəkiləcəyini də vurğulayıb:
"Həm Çinarənin səsi, həm də bəstə və sözlər çox gözəldir. Yaxın zamanlarda bu ifaya klip çəkiləcək və geniş təqdimat mərasimi baş tutacaq”.
Ç.Məlikzadə isə mahnıya görə müəlliflərə təşəkkür edib:
"Sevinirəm ki, ilk işim peşəkar bəstəkar Sevinc xanımla oldu. Mən ona müraciət etdim və təklifimi məmnuniyyətlə qəbul etdi. Bundan sonra da əməkdaşlığımız davam edəcək və yeni layihələr edəcəyik. Həm Sevinc xanıma, həm də mahnının sözlərinin müəllifi Aygün Məmmədovaya təşəkkür edirəm. Ümid edirəm ki, dinləyicilər də "bir sən varsan, bir də mən” adlı mahnımı bəyənəcəklər”.axsam.az

Xəbər xətti