Müğənni Günay İbrahimli “Teşekkürler Bakü” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib. Axşam.az-ın məlumatına görə, mahnı türk dilindədir. İfaçı bildirib ki, ilk dəfə bu tərzdə bəstəyə müraciət edib:
“Sözləri və musiqisi Arif Şıxəmirova, arajimanı Rasim Məmmədova məxsusdur. Klip üzərində 20 nəfərdən ibarət komanda çalışıb. Rejissorun və mənim xüsusi komandam var idi. Ekran işində tərəf müqabilim yoxdur, ancaq tanınmayan aktyorlar iştirak edib. Onlara belə bir şans verdik ki, öz istedadlarını göstərsinlər. Bakımı sevdiyim üçün bu mahnını kliplə təqdim etdim. Ekran işində Bakıdan gözəl görüntülər yer alıb. İstədim ki, şəhərin gözəllikləri klipdə əks olunsun. Bu, digər ekran işlərimdən çox fərqlənir”.
Klipin rejissoru Nail Naiboğludur.