Rusiyada işləyən yerli əhalinin 85%-i maaşından narazıdır. Superjob.ru portalının tədqiqat mərkəzinin apardığı sorğu bunu göstərib.
Sorğu yaşı 18-dən yuxarı, daimi işi olan 1600 nəfər arasında aparılıb.
Novator.az-ın məlumatına görə, sorğu işləyənlərin yalnız 15%-nin, əsasən də gənclər və qadınların maaşından razı olduğunu üzə çıxarıb.
Sankt-Peterburq şəhərində maaşından razılıq edənlər paytaxt Moskva ilə müqayisədə nisbətən artıqdır. Moskvalıların 14%-i, peterburqluların isə 19%-i maaşından məmnundur.
Tədqiqatçılar bildirirlər ki, 6 il qabaq Rusiyada maaşından razı qalanlar 16% təşkil edib. 2006-cı ildə isə bu rəqəm 12% olub.