“Mercedes” 33 yaşlı piyadanı vurdu - Zaqatalada

11:15 - 19 Oktyabr 2016 - HADİSƏ

Zaqatalada 33 yaşlı kişi avtomobillə həmkəndlisini vurub. "Apa" xəbər verir ki, hadisə oktyabrın 18-i axşam saatlarında rayonun Muxax kənd ərazisində qeydə alınıb. Kənd sakini, 1983-cü il təvəllüdlü Əfqan Şəmsəddin oğlu Süleymanov idarə etdiyi “Mercedes” markalı, 62 BH 974 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən qəfildən maşının hərəkət zolağına çıxan piyada, həmkəndlisi 1956-cı il təvəllüdlü Mahmud Məmmədşərif oğlu Musayevi vurub.

M.Musayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) travmatologiya şöbəsinə yerləşdirilib.
Ona lazımı tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti