Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində III turun son oyunları keçiriləcək. A, B, C və D qruplarında yer alan komandalar mübarizəyə start verəcək. Gecənin mərkəzi görüşünün C qrupunda baş tutacağını demək olar. İspaniyanın "Barselona" klubu İngiltərə "Mançester Siti"sini qəbul edəcək. Oyunu maraqlı edən amillərdən biri də "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiolanın əvvəllər "Barsa"nın sükanı arxasında əyləşməsidir. Qalib komanda qrup liderliyini ələ keçirəcək. Meydan sahibləri heç-heçə sayəsində də birinci pillədəki mövqeyini qorumuş olacaq. Qrupun digər oyununda isə Şotlandiya "Seltik"i Almaniyanın "Borussiya" (Münhenqladbax) klubunu qəbul edəcək.
Azərbaycanda kifayət qədər azarkeşi olan Türkiyə "Beşiktaş"ı isə İtaliyada "Napoli"ni yenməyə çalışacaq. Hazırda iki xalla B qrupunun ikinci pilləsində qərarlaşan İstanbul təmsilçisi səfər qələbəsi sayəsində "Napoli" ilə xal fərqini 1-ə endirərək hazırkı mövqeyini qorumuş olacaq. B qrupunun digər görüşü Ukrayna "Dinamo"su (Kiyev) ilə Portuqaliyanın "Benfika" komandaları arasında keçiriləcək.
Çempionlar Liqası, qrup oyunları, III tur
A qrupu
22:45. "Arsenal" (İngiltərə) - "Ludoqorets" (Bolqarıstan)
22:45. PSJ (Fransa) - "Bazel" (İsveçrə)
Xal durumu: "Arsenal" - 4. PSJ - 4. "Bazel" - 1. "Ludoqorets" - 1.
B qrupu
22:45. "Napoli" (İtaliya) - "Beşiktaş" (Türkiyə)
22:45. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya)
Xal durumu: "Napoli" - 6. "Beşiktaş" - 2. "Dinamo" - 1. "Benfika" - 1.
C qrupu
22:45. "Seltik" (Şotlandiya) - "Borussiya" (Münhebqladbax, Almaniya)
22:45. "Barselona" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
Xal durumu: "Barselona" - 6. "Mançester Siti" - 4. "Seltik" - 1. "Borussiya" - 0.
D qrupu
22:45. "Rostov" (Rusiya) - "Atletiko" (İspaniya)
22:45. "Bavariya" (Almaniya) - PSV (Hollandiya)
Xal durumu: "Atletiko" - 6. "Bavariya" - 3. "Rostov" - 1. PSV - 1.