Qusarın mərkəzi bazarında yanğın başlayıb

17:37 - 18 Oktyabr 2016 - HADİSƏ

Qusar rayonunun mərkəzi bazarında yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin Qusar Yanğından Mühafizə Xidmətindən "Report"un Şimal bürosuna bildirilib ki, hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib: "Yanğın hazırda davam edir. Yanğının söndürülməsi və genişlənməsinin qarşısını almaqdan ötrü tədbirlər görülür".

Xəbər xətti