Bakıda 12 avtomobili qarət edən şəxs saxlanıldı

14:30 - 18 Oktyabr 2016 - HADİSƏ

Bakıda bir nəfər 12 avtomobili qarət edib.Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il sentyabrın 17-dən oktyabrın 15-dək olan müddətdə 12 nəfərə məxsus avtomobillərdən pul, akkumulyator, maqnitofon və məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Fərid Nəsirli tutulub.

Xəbər xətti