Bakıda meyvə-tərəvəz mağazasında yanğın olub. Fövqəladə Hallar Nazirliyinin saytında verilmiş məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaş tərəfindən icarəyə götürülmüş, ümumi sahəsi 35 m² olan meyvə-tərəvəz mağazasında 1 ədəd kondisioner, taxta taralar 2 m² sahədə və 1 ədəd stul yanıb.
Mağaza yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.