Rusiya vətəndaşı olan qadın Azərbaycan vətəndaşının ona qarşı dələduzluq etdiyini iddia edir.
“Report”un xəbərinə görə, 1969-cu il təvəllüdlü Karena Aqapova hüquq-mühafizə orqanlarına şikayət edərək bildirib ki, 2012-ci ildə Nəsib adlı bir nəfərə iş qurmaq adı ilə 1 milyon dollar versə də, bu günə qədər pulunu ala bilməyib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.