Bakıda 45 yaşlı kişi qonaq gəldiyi binadakı pilləkəndən yıxılıb. "Report"un xəbərinə görə, hadisə Səbail rayonu, Bayıl qəsəbəsi Faiq Mirzəyev küçəsində yerləşən 16 mərtəbəli binanın 2-ci mərtəbəsində qeydə alınıb. Belə ki, 1971-ci il təvəllüdlü Ömərov Etibar Kərəm oğlu sərxoş vəziyyətdə binanın pilləkəni ilə qalxmaq istəyib. O, ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb. E.Ömərov təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır.