"Məsələnin mənəvi tərəfi Cavidə aiddir. O, ilk olaraq psixoloji gərginliyi öz üzərindən atmalıdır". Bunu "Report"a açıqlamasında "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov komandanın həbsdən azad edilmiş sabiq üzvü Cavid Hüseynov haqda deyib. Klub rəsmisi onun yenidən komandaya cəlb olunacağı ilə bağlı bunları bildirib: "İlk olaraq Cavid əvvəlki formasını bərpa etməlidir. Üstəlik bir məsələ də var ki, bunu klub rəhbərliyi ilə danışmalıyıq. Rəsmi qərar verildikdən sonra bu barədə ictimaiyyətə ətraflı açıqlama veriləcək".