Müğənni Günay İbrahimli yeni mahnısını təqdim edib. "Yollar" adlanan mahnının musiqisi Pərviz Mahmudova, sözləri isə Mətanət Pirquliyeva məxsusdur. G.İbrahimli "Pərviz ailə qurandan sonra heç kimə mahnı yazmamışdı. Uzun fasilədən sonra onun mahnısını ilk mən oxuyacağam. Bundan əvvəl də Pərvizin bəstəsini oxumuşam və uğurlu da alınıb" deyə, bildirib.
Bəstənin aranjimanını isə Rəşad Bağırov edib.