Balakən rayonunda bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, oktyabrın 12-də Balakən rayonunun Hənifə kənd sakini Elnur Şabanov kənd ərazisində işlədiyi kərpic zavodundakı hovuzda yuyunarkən yıxılıb. Meyit oktyabrın 13-də zavodun əməkdaşları tərəfindən aşkar edilib.
Araşdırma aparılır.