Türkiyə Patent İnstitu "Kurtlar Vadisi Darbe" adını almaq üçün müraciət edən "Pana Film"i məhkəməyə verib.Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb şirkətin 15 iyulda baş vermiş qiyam (darbe) haqda filmin adını hadisələrdən əvvəl alması olub. Şirkətin adına Ali Çavuşoğlu mayın 24-də dövlət orqanına müraciət edərək "Kurtlar Vadisi Darbe" markasını almaq istədiyini deyib.
Bundan sonra isə 15 iyulda hərbi çevrilişə cəhd edilib. Patent İnstitu da bunu şübhəli bildiyi üçün prokurorluğa müraciət edib.