“Zəif komandaların qalmadığını Azərbaycan yığması sübut edir” - Noyer
Almaniya millisi DÇ-2018-in seçmə mərhələsində öz meydanında Şimali İrlandiya yığmasını 2:0 hesabı ilə məğlub edib. “Qafqazinfo” xəbər verir ki, oyundan sonra yerli mətbuata açıqlama verən Almaniya millisinin qolkiperi Manuel Noyer oyunu dəyərləndirib:
“Yaxşı oyun keçirdik və qalib gəldik. Çexiya ilə oyunda da belə oynamışdıq. İşlərimiz qaydasında gedir. Növbəti oyunumuz səfərdə San Marinoya qarşıdır. Rəqibimizə hörmətlə yanaşırıq. Artıq indi zəif komanda yoxdur. Bunu Azərbaycan yığması öz nəticələri ilə sübut edir. Çünki onlar qrupda 2-ci pillədədir. Biz bütün oyunlara yalnız qələbə qazanmaq üçün çıxırıq”.