Sumqayıt şəhər sakini bacısını qətlə yetirib.Bu barədə “Report”a şəhər prokurorluğundan məlumat verilib.Məlumata görə, şəhərin “Saray bağları” ərazisində yaşayan 1992-ci il təvəllüdlü Şahbazov Pərviz İsmayıl oğlu bacısı 22 yaşlı Zümrüd Soltanovanı bıçaqla qətlə yetirib.Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.