Şamaxı rayonunda intihar hadisəsi qeydə alınıb.Bu barədə “Report”a rayon prokurorluğundan məlumat verilib.Məlumata görə, rayon sakini 1994-cü il təvəllüdlü Türkan Kərimova özünü yaşadığı evdə iplə asaraq intihar edib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq ölümün səbəblərini araşdırır.