Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu Avropada bütün dövrlərin ən yaxşı bombardirləri siyahısında 6-cı pilləyə yüksəlib. Hücumçu buna 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Andorraya qarşı səfər oyununda vurduğu qol sayəsində nail olub. Nəticədə Ronaldu 135 oyunda 66-cı qoluna imza atıb.
Siyahıya 89 dəfə milli forma geyinən və 84 qol vuran Macarıstan yığmasının sabiq üzvü Ferents Puşkaş başçılıq edir. İkinci pillədə də macarıstanlı sabiq futbolçu dayanıb. Şandor Koçiş 68 oyunda 75 dəfə fərqlənib. İlk üçlüyü isə almaniyalı Miroslav Kloza qapayır - 137 oyun, 71 qol. Daha bir almaniyalı Herd Müller 62 oyunda 68 qol vuraraq 4-cü, irlandiyalı Robbi Kin isə 146 oyunda 68 qol vuraraq 5-ci pillədə yer alıb. İsveç yığmasının üzvü Zlatan İbrahimoviç isə 135 oyunda 66 qol vurub. Bu göstərici ilə İbrahimoviç 7-ci pillədə yer alıb.