Lənkəranda yol qəzası olub, iki nəfər xəsarət alıb

11:10 - 11 Oktyabr 2016 - HADİSƏ

Lənkəranda yol qəzasında iki nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, hadisə "Şəhidlər Xiyabanı" küçəsində baş verib.

"Vosxod" markalı motosiklet "Jiquli Vaz – 2107" markalı avtomaşınla toqquşub. Nəticədə motosikleti idarə edən Lənkəran şəhər sakini 34 yaşlı İsmayılov Ramin Ramiz oğlu baş nahiyəsindən və sol ayağının kəsimiş-cırılmış yarası diaqnozu, motosikldə olan sərnişin şəhid övladı, 33 yaşlı Əsgərov Azad Həmid oğlu ağır kəllə-beyin travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Huşsuz halda, vəziyyəti daha ağır olan A.Əsgərov dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Motosiklet sürücüsünün dediyinə görə, qarşı tərəfdən hərəkət edən "Vaz 2107"-nin sürücüsü dönmə işarəsi etmədən dönüb. Nəticədə toqquşma baş verib.
Faktla bağlı yol polisi əməkdaşları tərəfindən araşdırma aparılır.


Xəbər xətti