İranda yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində İnqilab Keşikçiləri Qvardiyasının "Saberin" ("Dözümlü") xüsusi təyinatlı eskadrilyanın komandiri Əhməd Mayeli həyatını itirib. "Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, həlak olan İran İnqilab Keşikçilərinin ən yaxşı pilotlarından olub. İnformasiyaya görə, ikinci pilot ağır yaralanıb. Məlumata görə, hadisə İranın cənub-şərqində yerləşən Sistan-Bəkucistan əyalətində, İranşəhr ərazsində baş verib. İnformasiyada bildirilib ki, hadisənin baş vermə səbəbi araşdırılır.