Gəncədə yolu keçən həkimi avtomobil vurub

17:06 - 10 Oktyabr 2016 - HADİSƏ

 Gəncə Dəmiryol Xəstəxanasının şöbə müdirini avtomobil vurub. "Report"un məlumatına görə, hadisə oktyabrın 10-da günorta saatlarında Azərbaycan Texnologiya Universitetinin qarşısında baş verib. 

"VAZ-2107" markalı avtomobil həmin ərazidə yolu keçmək istəyən Gəncə şəhər sakini, 1974-cü il təvəllüdlü Sevinc Aydın qızı Cahangirovanı vurub. 
Yaralı "Təcili tibbi yardım" maşını ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. S.Cahangirova dərhal əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyətini orta-ağır olaraq qiymətləndiriblər. 
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti