Türkiyənin İstanbul şəhərində 23-cü Dünya Enerji Konqresi başlayıb. APA-nın məlumata görə, konqresdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. Tədbirə Rusiya prezidenti Vladimir Putin də qatılıb. Toplantıda ilk olaraq Dünya Enerji Şurasının sədri Younghon David Kim çıxış edib. Tədbir 4 gün davam edəcək.