Bakıda daha bir bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, oktyabrın 8-də Xəzər rayonunun Şüvələn qəsəbəsindəki dəniz sahilində Mərdəkan qəsəbə sakini Xaliq Rəhimov suda boğulub. Meyit oktyabrın 9-da sudan çıxarılıb.
Araşdırma aparılır.