Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın aviasiya məsələləri üzrə yavəri saxlanıb. "Report"un Türkiyə KİV-inə istinadən xəbər verir ki, podpolkovnik Erkan Kıvrak Antalya şəhərinin Serik rayonundakı otellərdən birində istirahət edərkən saxta şəxsiyyət vəsiqəsi ilə yaxalanıb.
E.Kıvrak istintaq tədbirlərinin aparılması üçün Ankaraya göndərilib.